Avropa Şurası (AŞ) və Avropa İttifaqı (Aİ) "Şərq tərəfdaşlığı"na daxil olan Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Moldova və Ermənistanda demokratiyanın inkişafı və stabilliyin qorunub saxlanması ilə bağlı layihələrin qarşıdakı 30 ay müddətində həyata keçirilməsi məqsədi ilə ümumilikdə 4 milyon avro ayırıb. Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində Avropa Şurası islahat proseslərini AŞ və Aİ standartlarına yaxınlaşdırmaq məqsədi ilə altı ölkədə seçkilərin keçirilməsi, məhkəmə sistemində islahatlar aparılması, kibercinayətkarlığa və korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq layihələrini həyata keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB