“Ermənistan həm cəbhədə, həm də beynəlxalq siyasətdə Azərbaycana uduzub” MÜSAHİBƏ
Millət vəkili Azər Badamovun "Səs" qəzetinə müsahibəsi
- Azər müəllim, Dağlıq Qarabağ müharibəsində Ermənistan Azərbaycan qarşısında tamamilə məğlub olub. Amma hələdə müqavimət göstərməkdədir. Bu bir növ Ermənistan rəhbərliyinin xüsusilə də, Paşinyanın insanların kütləvi itkisinə belə seyirci qalmasının bariz nümunəsi adlandırıla bilər?
- Ermənistan həm cəbhədə, həm də beynəlxalq siyasətdə Azərbaycana uduzmuşdur. Beynəlxalq siyasətdə Azərbaycanın haqq işini dəstəkləyənlər günü-gündən artmaqdadır. Bəzi ölkələr isə müəyyən məsələləri nəzərə alaraq neytral mövqe nümayiş etdirirlər və bu da ölkəmizin dəstəklənməsi kimi qəbul etmək olar. Bu gün Azərbaycanın rəşadətli ordusunun cəbhədəki uğuirları günü-gündən artmaqdadır. Bu, həm də küllü sayda düşmənin canlı qüvvəsinin və legitim hədəflərinin məhv edilməsi deməkdir. Ermənistanın Baş naziri cəbhədəki uğursuzluqlarını görür və gənc nəslinin qırdırılması ilə kifayətlənməyib qadınları və qocaları da ordumuzun qabağına göndərir. Paşinyan təbii bilir ki, Azərbaycan ordusu ilə döyüşü göndərilən bütün canlı qüvvəsi məhv olunacaqdır. Amma bunu bilə-bilə yenə də öz sərsəm niyyətindən çəkinmək istəmir. Paşinyan bilir ki, torpaqların işğaldan azad olunması onun hakimiyyətin sonu deməkdir. Ona görə də hakimiyyətdə qaldığı hər günü qənimət hesab edərək müharibəni uzatmaq istəyir, bilə-bilə insanları qırdırır. Qələbəmizə çox az müddət qalmışdır. Müzəffər ordumuz düşməni səngərdən başını qaldırmağa qoymur. çoxusu da mövqelərini qoyub qaçır. Bu gün Ermənistanın bütün itkilərin səbəbkarı Paşinyandır. Ona görə də ermənilərin özləri Paşinyanı tezliklə devirəcək və ittiham kürsüsünə çıxardacaqlar.
- Paşiniyan hər vəchlə atəşkəsə nail olunması üçün xarici ölkə rəhbərlərinə yalvarır, xaişlər edir. Bunu onun düşdüyü son dərəcə ağır durumun məntiqi nəticəsi hesab etmək olar?
- Ermənistan Azərbaycan ordusunun gücünü döyüş meydanında gördü. Ordumuz əks hücuma keçənə qədər Paşinyan və onun hərbi rəhbərliyi Azərbaycan ordusunu dəyərləndirmirdi. Ona görə də yeni torpaqlar uğrunda müharibə bəyanatı ilə çıxış etmişdi. Bu gün isə real döyüş meydanında ordumuzun qabağında nəfəs ala bilmir. Hər gün mövqelərini itirir və geri çəkilir. Çarəsiz duruma düşmüş Paşinyan hər gün dünya liderlərinə zənglər edir , yalvarır və Azərbaycanı dayandırmaqlarını xahiş edir. Görünən odur ki, dünya liderlərinin də Paşinyandan zəhləsi gedir və hətta telefon zənglərinə cavab vermir. Dünya liderləri Paşinyana başa salmağa çalışırlar ki, Azərbaycan torpaqlarını azad etsin. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz hərb gücü ilə öz torpaqlarını işğaldan azad edir. Paşinyan isə dinc əhaliyə və mülkü obyektlərimizə mərmilər endirməklə beynəlxalq konvensiyaları pozur. Yəni Paşinyanın hər bir hərəkəti dünyada, o cümlədən öz ölkəsində ikrah doğurur və böyük narazılıqla qarşılanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB