Belarusun bütün milli parklarında safari turları keçiriləcək

Belarusun bütün milli parklarında safari turları keçiriləcək
Belarusun bütün milli parklarında safari turları keçiriləcək. SİA-nın AzərTac saytına istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Belarus Prezidentinin İşlər İdarəsinin sosial-mədəni sahə və turizm idarəsinin rəisi Vladimir Makedon məlumat verib.

Safari turları Belovejsk meşəsi və Pripyatskidə artıq təşkil edilib. Tezliklə Braslav gölləri və Naroçinsk milli parklarında safaridə iştirak etmək mümkün olacaq. Safari turistlərin təbiəti mühafizə zonalarında məskunlaşan heyvanlara tamaşa edə biləcəkləri kiçik səyahətdir.

Makedon onu da bildirib ki, hazırda ekoloji turizmin populyarlığı artmaqdadır. Belə turizm Belarusun, əsasən, dörd milli parkında, habelə Berezinsk biosfer qoruğunda və yasaqlıqlarda inkişaf edir. Onun sözlərinə görə, Belarusda ekoloji mövzuda çoxsaylı ekskursiya marşrutları yaradılıb, fəal istirahəti sevənlər üçün kvadrasikl sürmək və vertolyotlarda uçmaq kimi yeni imkanlar açılır.

Bütün xəbərlər Facebook səhifəmizdə