Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Kərəmyan tutduğu vəzifədən azad edilib.
Erməni KİV-lərinin verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Armen Sarkisyan fərman imzalayıb.
Digər fərmanla Mikael Ambartsumyan Xidmətin direktor vəzifələrini icra edən təyin olunub.
Qeyd edək ki, A.Kərəmyan MTX rəhbəri vəzifəsinə 4 ay əvvəl təyin olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB