"Ermənistan Azərbaycanın qələbəsini görür və nəticəni əvvəldən hiss edir" ÖZƏL-MÜNASİBƏT

"Ermənistan Azərbaycanın qələbəsini görür və nəticəni əvvəldən hiss edir" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə, təəssüflər olsun ki, 30 ilə yaxın bir müddətdə beynəlxalq təşkilatlar Ermənistanın təxribatçı əməllərinə qarşı laqeyd münasibət sərgilədilər. Halbuki başqa dövlətlərdə belə bir hal baş versə idi, istər BMT, ATƏT-in Minsk Qrupu, istərsə də Avropa Şurası, Avropa İttifaqı və yaxud digər beynəlxalq qurumlar proseslərə başqa cür reaksiya verərdilər". Bunu SİA-ya millət vəkili Kamilə Əliyeva deyib.

"Əgər BMT-nin məlum 4 qətnaməsi Ermənistana qarşı qəbul olunsaydı, onlar ATƏT-in Minsk Qrupunu məcbur edərdilər ki, həmin qətnamələr yerinə yetirilsin. Təbii ki, burada xarici beynəlxalq təşkilatların da ikili standartlardan çıxış etməsi və Azərbaycana qarşı başqa mövqedən yanaşması özünü büruzə verdi. Bu gün Ermənistan dərin böhran içərisindədir. İşğalçı ölkə boğulur. Boğulanda da məcburdu ki, saman çöpündən yapışsın. Onların başqa çıxış yolu qalmadığına görə də müxtəlif təxribatlara əl atırlar ki, bu vəziyyətdən çıxsınlar. Ermənistan Azərbaycan Ordusu qarşısında çox acizdir. Onlar Azərbaycanın qələbəsini görürlər və nəticəni əvvəldən hiss edirlər. Bu gün işğalçı ölkənin Azərbaycandan fərqli olaraq əsgərləri arasında ruh düşkünlüyü var. Öz əsgərlərinin əl-qolunu zorla qandallayırlar ki, orduda xidmət etsinlər. Bəyəm bu insanlar Vətənini beləmi qoruyur. Bu gün biz informasiya texnologiyaları əsrində yaşayırıq. Bu məqamda beynəlxalq təşkilatlar Ermənistana qəti şəkildə təzyiq göstərməlidirlər. Cənab Prezidentin xalqa müraciətində də bir daha həmin şərtlər qeyd olundu"-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə