Çinin şimal-qərbində Qansu əyalətində Uvey şəhərinin Tyançju bölgəsində banklardan birində partlayış baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə əsasən, partlayış nəticəsində 70 nəfərdən çox insan yaralanıb. Onlardan 19 nəfəri ağır vəziyyətdədir. Partlayışdan sonra yanğın başlayıb. Məlumata görə, bank əməkdaşları səhər toplantısı keçirən zaman otağa qəfildən içərisi yandırıcı maye ilə dolu butulka atılıb.
Onu banka 1971-ci il təvəllüdlü Yan Syanven tullayıb. İlkin məlumatlara görə, Yan Syanven bu maliyyə müəssisəsindən cari ilin aprelində maliyyə fırıldağı ilə əlaqədar qovulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB