Xankəndidə 1980-ci illərin sonunda başlayan separatçı mitinqlərin əsas təşkilatçılarından olan Hraç Muradyanın oğlu Vigen Muradyan Ağdərə istiqamətində gedən döyüşlərdə məhv edilib.
SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus mətbuat səhifələrində məlumat yayılıb. Ermənistan mediasında yayımlanan məlumatlara görə, bu informasiyanı işğalçı ölkənin müdafiə nazirliyi, eləcə də Vigen Muradyanın atası da təsdiqləyib. İnformasiyalara görə, 25 yaşlı Muradyan “könüllülər batalyonu”nda döyüşüb və Lüləsaz yüksəkliyi istiqamətində zərərsizləşdirilib.
Vigen Muradyan separatçılara yardım fondu kimi tanınan “Dro Kanayan” dərnəyinin də üzvü olub. Onun 29 sentyabrda öz “könüllü dəstəsi” ilə Dağlıq Qarabağa gəldiyi barədə də məlumatlar var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB