Ermənistanın məhv edilən PUA-sı FOTO

Ermənistanın məhv edilən PUA-sı FOTO

Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla məhv edilib.

SİA-nın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında deyib.

H.Hacıyev bildirib ki, kamikadze dron mülki obyektlərin ətrafında hərəkət edib, PUA-nın məhv edilməsi nəticəsində daha çox mülki şəxsin həyatı xilas edilib:“Ermənistanın dövlət terroru davam edir. Sülhə vadar etmə missiyası Ermənistanı dayandırmağa davam etməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə