Trayan Basesku: ""Nabucco” yalnız Azərbaycanla Türkmənistanın iştirak edəcəyi təqdirdə reallaşa bilər" - MÖVQE

Trayan Basesku: ""Nabucco” yalnız Azərbaycanla Türkmənistanın iştirak edəcəyi təqdirdə reallaşa bilər" - MÖVQE

"Nabucco" layihəsi yalnız Azərbaycanla Türkmənistanın iştirak edəcəyi təqdirdə reallaşa bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Rumıniyanın prezidenti Trayan Basesku Buxarestdə rəsmi səfərdə olan Türkmənistanın prezidenti Qurbanqulu Berdıməhəmmədovla keçirilən danışıqların yekununa həsr olunmuş mətbuat konfransında deyib. O, qeyd edib ki, Türkmənistan və Azərbaycandan qazın nəqlini təmin edəcək konsorsiumun tikilməsindən öncə təbii qazın tələbi və alınacağına zəmanət verən ən yüksək səviyyədə siyasi-hüquqi sənəd imzalanmalıdır: "Regionun və neft, qaz ixrac edən ölkələrin enerji təhlükəsizliyinin təmin olunması üçün enerji resurslarının diversifikasiyasının inkişafına dəstək vermək lazımdır".

 

Tərəflər həmçinin regionda mövcud olan layihələrdə, o cümlədən Qara və Xəzər dənizində ümumi maraqları əks etdirən layihələrin həyata keçirilməsinda birgə iştirak etmək barəsində razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə