Bu gün “Fəxr Edirəm ki, Azərbaycanlıyam” adlı bilik olimpiadasının tədbiri keçirilib
Bu gün Azərbaycan Gənclər Mərkəzi Ümummilli Lider Heydər Əliyevin 88-ci ildönümünün qeyd olunması bağlı Bakı Şəhəri orta məktəblərinin yuxarı sinif şagidləri arasında "Fəxr Edirəm ki, Azərbaycanlıyam" adlı bilik olimpiadasının tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbir "Azərsun Holdinqin" maliyə dəstəyi ilə həyata keçirilib.
Tədbirdə Gənclər Təşkilatlarının təşkilat komitəsinin sədri Anar Sarıyev, təşkilatın üzvləri Riad Rüstəmli, Humay Qasımlı, Günel Abdullayev və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan A.Sarıyev bildirib ki, tədbiri keçirməyimizdə əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin 88-ci ildönümü ilə bağlı yuxarı sinif şagirdləri üçün "Fəxr Edirəm ki, Azərbaycanlıyam" adlı layihəni həyata keçirməkdir. Sədrin sözlərinə görə, Ulu öndər Heydər Əliyev gənclərin öndə olması üçün həmişə bir sıra tədbirlər görüb. A.Sarıyev onu da əlavə edib ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək gənclərlə bağlı önəmli sərəncam və tapşırıqlarını verib.
Qeyd edək ki, tədbirə gələn qonaqlar mövzu ətrafında fikir və rəylərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB