Takvim: "Ermənistana aid hədəflər darmadağın edilib" FOTOLAR

Takvim: "Ermənistana aid hədəflər darmadağın edilib" FOTOLAR

Türkiyə KİV-i: "Azərbaycan Ordusuna təyyarələr Qarabağda yerləşdirilmiş Ermənistana aid hədəfləri darmadağın edib"

"Alçaq hücumlarına qarşı artıqlaması ilə cavab verən Azərbaycan Ordusu erməni silahlı qüvvələrini yerlə bir edir. İllərdir erməni işğalı altındakı torpaqlarını bir-bir geri alan Azərbaycan bu ana qədər 25 adda əraziləri azad edib. PUA-ları ilə də ermənilərin qorxulu röyalarına çevrilən Azərbaycan dünən gecədən əməliyyatlarının ikinci dalğasına başlayıb". SİA xəbər verir ki, bu barədə qardaş Türkiyənin nüfuzlu "Takvim" nəşri yazır.

"Ermənistan dinc sakinləri hədəfə almaqdadır"

Nəşr qeyd edir ki, Azərbaycan Ordusu başlatdığı hərbi əməliyyatlarına ara vermədən, sürətlə həyata keçirir. Lakin Ermənistan bunun müqabilində dinc sakinləri hədəfə almaqdadır. O cümlədən, erməni tərəfinin ötən gün Bakı-Tbilisi-Ceyhan neft-boru kəmərini də hədə aldığı bildirilir.

Azərbaycandan verilən açıqlamalara da istinad edən "Takvim" Silahlı Qüvvələrimizin ermənilərin dinc əhalisi üçün güvənlik dəhlizi aça bilməsi fikrinə də yer ayırıb.

A Haberin reportyoru: "Hazırda tərs hilal tamamlanmaq üzrədir"

A Heber Yurt Haberler müdiri Kerim Ulakın cəbhə bölgəsində baş verən son hadisələrlər bağlı fikirlərinə yer ayıran türk nəşri yazır ki, Ermənistana qarşı əks-hücum əməliyyatları həyata keçirilir. "Cənub və Şimaldan cəbhə xətləri birləşşmək üzrədir, Şərqdə də cəbhə xətlərinin böyük hissəsi birləşdirildi, hazırda tərs hilal da tamamlanmaq üzrədir", deyə qeyd edən Türkiyə jurnalisti nəşrə bildirib ki, erməni ordusu demək olar ki, mühasirə vəziyyətinə düşüb.

"Bölgədə, eyni zamanda ikinci dalğa hava hərəkatları da başladıldı", deyən Kerim Ulak əlavə edib ki, Azərbaycan Ordusuna aid hərbi təyyarələr Qarabağda yerləşdirilmiş işğalçı Ermənistana aid hədəfləri darmadağın edib.

Bütün xəbərlər Facebook səhifəmizdə