Rusiya Ermənistana Dağlıq Qarabağda dəstək verməyəcək - Mütəxəssisdən ŞOK AÇIQLAMA
Rusiya Ermənistana Dağlıq Qarabağda dəstək verməyəcək. SİA xəbər verir ki, bunu türkiyəli hərbi mütəxəssis Yusif Alabarda deyib.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirlərini bölüşən mütəxəssis Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi səhvlər buraxdığını deyib: "Rusiyanın dəstək verəcəyini zənn etmirəm. Paşinyan İbn Haldundan bixəbər olduğu üçün "coğrafiya taledir" sözünü də bilmir. Gedib Fransadakı və ABŞ-dakı diaspora Rusiyanı satıb".
Y.Alabarda Paşinyan haqqında bunları qeyd edib: "Sən Vladimir Putinlə olan münasibətlərini bir küncə qoydun. Özünü Emmanuel Makrona satdın. Putin zənglərinə cavab vermir. Üstəlik, açmamaqla yanaşı, bir də lağlağı edir. Putin "gəl indi hesab dəftərini açaq" deyir. Böyük ehtimal, Paşinyan hakimiyyətdən getmədən Rusiya dəstək verməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB