“Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağla bağlı güzəşt deyirsə, bu manevrdi. Bu, atəşkəsə nail olub, vaxt qazanmaqdır”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, danışıqlar yalnız müharibəni davam etdirməklə aparılmalıdır: “Necə ki, Ermənistan 1-ci Qarabağ müharibəsində 92-93-də müharibə apararaq danışıqlara qatılırdı. Ermənistan qəti atəşkəsə getmirdi. Həmən illərdə tərəflərin görüşü keçirilən saatlarda ərazilərimizi işğal edirdilər.
Azərbaycanın Paşinyanın hazırkı güzəşt açıqlamasına onda gedə bilər ki, ordusunu Azərbaycan ərazilərindən çıxarsın. Belə bir situasiyada Paşinyanın güzəşt planı, yalnız atəşkəsə nail olmaqdır. Azərbaycan bir neçə rayonu azad etməyincə, güzəşt şərtinə getməyəcək. Ermənistan ordusu ərazilərdən çıxmayınca, Paşinyanın güzəşt açıqlaması manipulyasiyadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB