Filippində polislə Yeni Xalq Ordusu solçu radikalların döyüşçüləri arasında baş verən atışmada beş nəfər ölüb, üç nəfər yaralanıb. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, atışma ölkənin şimalındakı Kaqayan əyalətində baş verib və iki saata yaxın davam edib. Polisin məlumatına görə, silahlılardan birini həbs etmək mümkün olub. Əməliyyat zamanı iki polis yaralanıb. Hüquq-mühafizə orqanları əməkdaşları arasında itki barədə məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB