"Çavuşoğlu əməliyyatların davam etdirilməsi üçün Bakıdadır" ÖZƏL-MÖVQE
“Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya gəlişi Qarabağ məsələsində cərəyan edən diplomatik və hərbi müstəvidə proseslərlə bağlıdır”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Rusiya XİN rəhbəri Sergey Lavrov M. Çavuşoğlu ilə telefonla danışıqlar aparır: “Ortada Rusiya tərəfindən yeni təkliflər var. Bu, heç də atəşkəsin dayandırılması ilə bağlı deyil.
Təkliflər qalib tərəf kimi, Azərbaycan üçün məqbul olunması istiqamətində XİN səviyyədə danışıqların getməsi istisna deyil. M.Çavuşoğlu Azərbaycana artan təzyiqləri neytrallaşdırmaq və əməliyyatların davam etdirilməsi üçün Bakıdadır. Çünki atəşkəs hazırkı məqamda regionda Türkiyənin, həmçinin Azərbaycanın maraqlarına uyğun deyil. Eks-həmlə əməliyyatlarının davam edəcəyi və Azərbaycan bir neçə rayonu işğaldan azad edəcək. Proseslər bunu diktə edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB