Bu gün Gürcüstanın Axalkalaki bölgəsində yaşayan etnik ermənilər Qarabağın Ermənistan tərəfindən davam etdirilən işğalına və təcavüzünə dəstək mitinqi keçiriblər. SİA xəbər verir ki, bu barədə yazan Gürcüstanın Jnews.ge saytı ““Cavax” (Yerli ermənilər Axalkalakini Cavaxetiya - “kiçik Ermənistan” adlandırmaqla, həmin ərazidə separatçı meyllərlə çıxış edirlər-R.R.) “Artsaxla” birlikdədir” separat xarakterli şüarla keçirilən aksiyanın stadionda baş tutduğunu bildirib.
Stadionda bir neçə min insanın toplandığı qeyd edilməklə yanaşı, onların əllərində Cavaxetiya sakinləri olmuş, Qarabağın işğalında iştirak etmiş və öldürülmüş beş erməni terrorçusunun şəkilləri də tutulub.
Hələlik, Gürcüstan tərəfinin separatçılığı və işğalçılığı dəstəkləyən, eləcə də Gürcüstan ərazisində təşkil olunan aksiya ilə bağlı rəsmi heç bir münasibət bildirilməyib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB