Münaqişənin sülh yolu ilə həlli və sülh prosesinin alternativi yoxdur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi açıqlama verib.
Sözügedən saytın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi dərhal atəşkəsə ehtiyac olduğunu təsdiqləyir. “Bir daha vurğulayırıq ki, münaqişənin sülh yolu ilə həllinin və sülh prosesinin alternativi yoxdur və bu məsələni hərbi yolla həll etmək cəhdləri yatırılmalıdır", deyə Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB