Erməni KİV-ləri Paşinyanın və komandasının mühakiməsini tələb edirlər! ANALİTİK+FAKT
Nils Arutunyants: “Biz əvvəllər atılmış səhv geopolitik seçimin acı bəhrələrini yeyirik”
İşğalçı Ermənistanın və quldur “dqr”in qorxaq, hiyləgər, mənfur silahlı güclərinin Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilmədiyini sübut edən (!) bəli, məhz sübut edən daha bir gerçəkliyi dəyərli oxucu auditoriyasının diqqətinə çatdırırıq. SİA xəbər verir ki, Ermənistanın aparıcı media qurumlarından olan Armenianreport.com saytında “Hərbi vəziyyətin qanunları ilə” sərlövhəli analitika təqdim olunub. Analitik yazıda əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ cəbhəsində uğurlu hərbi əməliyyatlar tətbiq edərək irəliləməsi, işğal altındakı əraziləri azad etməsi və s. kimi məsələlərlə yanaşı, Prezident İlham Əliyevin işğalçıların ərazilərimizdən it kimi qovulmaları fikrinə də toxunulub.
Növbəti tipik erməni “məzlumkeşliyi”
Məhz bu xətt üzrə yazılan məqalədə bildirilir: ““Artsaxda” (Qarabağda) baş verən son hadisələr göstərir ki, indi biz əvvəllər atılmış səhv geopolitik seçimin acı bəhrələrini yeyirik. Məcburam ki, bir daha ağrılı mövzuya toxunam. Təəssüf ki, böyük faciənin yaratdığı vəziyyətdə bu, qaçılmazdır”, məqalənin müəllifi Nils Arutunyants yazır.
Beləliklə, Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin xalqa sonuncu müraciətində irəli sürdüyü sərt və kəskin bəyanatları erməniləri ciddi şəkildə təlaşlandırıb. Erməni müəllif “it kimi qovulmalarını” işğalçı əsgərlərə və ümumiyyətlə, işğala dəstək verən bütün ermənilərə aid olduğunu bildirib. Lakin ən maraqlısı, analitik yazıda o, növbəti dəfə “məzlum erməni” görüntüsü yaratmağa səy göstərərək, ermənilərin “it kimi qovulmaq” məsələsinə susqun qalmalarını şikayət edib.
“Hanı Minsk qrupunun həmsədr ölkələri, hansı ABŞ-ın dövlət departamentinin bəyanatı, hansı Vladimir Putinin, ya da Peskovun adından verilmiş şərhlər?!”, deyə təlaşlı sual edən müəllif bir az da həyasızlaşaraq ölkə başçımızın Fransa prezidenti Makrona da iradlarını bildirməsinə qarşı fransız dövlət rəhbərinin nəyə görə susqun qaldığını bildirib. O cümlədən, rəsmi Bakı ilə rəsmi Ankaranın “Bir millət iki dövlət” prinsipindən çıxış etməsi, habelə qardaş Türkiyə dövlətinin birmənalı olaraq Azərbaycanın haqq işinə tarixi dəstəyini göstərməsi də düşməni, sözün əsl mənasında, əməlli-başlı qıcıqlandırıb, aqressivləşdirib.
Armenianreport: “Bizim ordu düşmənin hücumlarına cavab verməyə hazır olmadığını göstərdi, müdafiə xətti keçilən oldu”
Bütün bunlar öz yerində, amma keçək “məzlum erməniçiliyin” reallıqları etiraf etməsi məsələsinə. Demək, adıçəkilən yazıda qeyd olunur ki, onlar başqalarını tənqid edərkən, özlərinin bu cür vəziyyətə düşmələrinin səbəbləri barədə də düşünməlidirlər. Nils Arutunyants Nikol Paşinyanı və komandasını nəzərdə tutaraq yazır: “Ölkənin mövcud rəhbərliyi son iki ildə nə ilə məşğul olub? Axı Azərbaycan öz planlarını gizlətmirdi. Bakı açıq şəkildə Ankara ilə ittifaqı möhkəmləndirir, silah alır, o cümlədən, İsrail və Türkiyə silahları əldə edirdi, hərbi xarakterli bəyanatlar səsləndirirdi. Azərbaycan dəfələrlə silahlarını paradlarda nümayiş etdirirdi. Bəs biz nə edirdik? Təəssüf ki, heç nə. Bizim ordu düşmənin hücumlarına cavab verməyə hazır olmadığını göstərdi, müdafiə xətti keçilən oldu. Bizdə göründüyü kimi, düşmənin PUA-larına qarşı müdafiə olmadı, halbuki 2016-cı ilin aprel müharibəsindən nəticələr çıxarmaq mümkün və lazım idi. Bütün bunların yerinə biz Paşinyandan və Tonoyandan yalnız bravur bəyanatlar eşidirdik”.
Tonoyana sual edilir: “Müdafiə naziri ötən il vəd verirdi ki, düşmənin yeni ərazilərini alacaq, nəyə görə edə bilmədiyin iş barədə danışırsan?”
Erməni müəllif Ermənistanın müdafiə nazirliyinin boğazdan yuxarı səsləndirdiyi bəyanatlarını da xatırladıb və davam edib: “Müdafiə naziri ötən il vəd verirdi ki, düşmənin yeni ərazilərini alacaq, nəyə görə edə bilmədiyin iş barədə danışırsan? Ümumiyyətlə, sən haraya baxırdın David? (Tonoyan nəzərdə tutulur). İndi məğlubiyyəti nə ilə anladacaqsan?! Bəli, hara çeviririksə-çevirək, mövcud vəziyyətdə biz məğlub oluruq. Düşmən Şuşaya və Stepanakertə (Xankəndinə) yaxınlaşır və oraları bombalayır”.
Nəticədə, Armenianreport-un analitiki Tonoyanın ardınca bilavasitə Paşinyana xitab edərək yazır ki, məgər erməni baş naziri bilmirdimi ki, belə bir variant (Azərbaycan Ordusunun Xankəndini və Şuşanı işğaldan azad etməsi istiqamətindəki qələbə yürüşləri) mümkündür?
Tələb: “Paşinyanı və komandasını düşmənə məğlub olduqlarına görə mühakimə etmək lazımdır”
SİTAT: “Nəyə görə o, bu qədər inanırdı? Ona Bakı ilə Ankaranın qarşısının alınması zəmanətini kim vermişdi? Suallar çoxdur. Fakt olaraq bir gerçəklik qalmaqdadır ki, Nikol Paşinyan hakimiyyətə gələnə qədər də biz belə bir dəhşətli vəziyyətdə idik. Əgər belədirsə, o, hər şeyə görə cavab verməlidir. Öz komandası ilə. İstefa ilə də bu işləri həll etmək olmaz. Onları hərbi vəziyyət qanunları ilə düşmənə məğlub olduqlarına görə mühakimə etmək lazımdır”, erməni media qurumunun siyasi təhlilçisi Nils Arutunyants sonda tələb irəli sürüb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB