"Sentyabr ayının 27-dən etibarən Azərbaycan mənfur Ermənistan ordusunun və onların əmrlərini həyata keçirən əsgərlərin növbəti dəfə təxribatına məruz qaldı. Azərbaycanla Ermənistan sərhəddində olan bölgələrimiz, insanlarımız, vətəndaşlarımız, mülki şəxslərin yaşadığı ərazilərimiz növbəti dəfə bombalandı, artilleriya atəşinə tutuldu. İlk növbədə mülki vətəndaşlarımıza qarşı cinayət törədildi. Bu birinci hal deyil". Bunu SİA-ya millət vəkili Jalə Əliyeva deyib.
Deputatın sözlərinə görə, bu gün bizi izləyən, görən milyonlarla insan birmənalı olaraq bilir ki, Azərbaycan 32 ildir Ermənistanın və onların havadarlarının davamlı olaraq işğalçı siyasətinə məruz qalıb və ədalətsiz bir müharibəyə sürüklənib: "Əlbəttə ki, bu müharibə nəticəsində itkilərimiz həddindən artıq çox olub. Biz illərdən bəri qaçqın, köçkün ordusu ilə birlikdə yaşayan, torpaqlarının böyük bir hissəsini itirməyinə, bu qədər qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, inkişafından geri qalmayan və böyük sürətlə inkişaf edən, bölgədə söz sahibi olan bir ölkəyə çevrilmişik. Azərbaycan bütün bu məhdudiyyətlərə, müharibə şəraitinin gətirdiyi problemlərə baxmayaraq inkişaf edə bilibsə, öz sözünün sahibi ola bilibsə və nüfuzlu dövlətə çevrilibsə əlbəttə ki, ölkəmiz getdikcə ətraf üçün və birinci növbədə qonşu Ermənistan üçün böyük bir təhlükə mənbəyinə çevrilir.
Əgər biz son dövrlərin statistikasına, xronologiyasına baxsaq və Tovuz döyüşlərini şərh etsək görərik ki, düşmənin məqsədi sadəcə Dağlıq Qarabağ deyildi. Məgər Tovuz Dağlıq Qarabağ ərazisidirmi? Tovuz Azərbaycanın gözəl məmləkəti və ayrılmaz bir parçası, sərhəd zonasıdır. Bu gün onların həyata keçirdiyi işğal siyasəti onu deməyə əsas verir ki, Ermənistan dayanmaq istəmir və getikcə daha çox Azərbaycan torpağını işğal etmək və bu bölgədə söz sahibi olmağa çalışır. Cənab Prezidentin də dəfələrlə açıqlamasında dediyi kimi Azərbaycan heç bir şəkildə bölgədə, dünyada ikinci bir Ermənistan respublikasının qurulmasına imkan vermyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB