“Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir” Xameneinin müşaviri

“Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir” Xameneinin müşaviri

İran lideri Əli Xameneinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsini tərk etməsinin lazım olduğunu bildirib. SİA xəbər verir ki, İranın “Gənc Jurnalistlər Cəmiyyəti” agentliyinə müsahibə verən Vilayəti Azərbaycan və Ermənistan arasında gərginliklə bağlı danışarkən bu sözləri deyib.

“Beynəlxalq qaydalara əsaslanan ölkələrin ərazi bütövlüyü prinsipinə hörmət edirik. Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olaraq, bu mövzuda israr edirik, xüsusilə qarşıdurmada olan iki ölkə şimal qonşularımız olduğu halda.
Azərbaycanın yeddi şəhəri işğal olunub. Bu mövzuda BMT tərəfindən dörd qətnamə təsdiq edilib. Bütün bunlar Ermənistanın işğal olunmuş ərazilərini tərk edərək, beynəlxalq sərhədlərinə çəkilməsini tələb edir”, deyə Əli Əkbər Vilayəti açıqlama verib.

Vilayəti vurğulayıb ki, bütün BMT-yə üzv ölkələrinin bu qətnamələrə tabe olmaları zəruridir.

“Biz Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmasını istəyirik. Təxminən bir milyon azərbaycanlı işğal səbəbindən torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Bu insanlar öz torpaqlarına qayıtmalıdırlar”, deyə İran liderinin beynəlxalq əlaqələr üzrə müşaviri bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə