Milli Məclis Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib
Milli Məclis bir neçə gün öncə Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.
SİA-nın məlumatına görə, bununla bağlı parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı ordumuz tərəfindən bu tarixi qələbə yüksək qiymətləndirilib və Azərbaycan ordusunun tam zəfər qazanacağına inam ifadə olunub. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB