Yəməndə snayperlər işə düşdü

Yəməndə snayperlər işə düşdü

Yəmənin Əl-Bayda vilayətinin eyniadlı inzibati mərkəzində snayperlər nümayişçilərə atəş açıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, atəş nəticəsində 3 nümayişçi ölüb, daha 7 etirazçı isə xəsarət alıb. Aksiya iştirakçıları hakim Ümummilli xalq konqresi partiyasının mənzil qərargahına hücum edərək oranı yandırmağa cəhd ediblər. Bu zaman binanın damında olan güc strukturlarının nümayəndələri etirazçılara atəş açıb.

 

Qeyd edək ki, Yəməndə son günlər ərzində hökumət qüvvələri ilə etirazçılar arasında çıxan toqquşmalarda 23 nümayişçi öldürülüb. Yaralıların sayı isə yüzlərlə ölçülür.

Bütün xəbərlər Facebook səhifəmizdə