İşğalçı Ermənistan silahlı qüvvələrinin daha bir polkovniki məhv edilib və bu xəbər erməniləri xüsusilə qorxuya, dəhşətə salıb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin birinci vitse-spikeri Vahe Enfiacyan özünün “Facebook”dakı səhifəsində yazıb.
Ermənistan ordusunun daha bir polkovnik-leytenantı Artur Qalstyanın Azərbaycan əsgərinin açdığı sərrast atəşlə məhv edilməsi barədə işğalçı ölkə "parlamenti"nin birinci vitse-spikeri öz sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Artur Qalstyan işğalçı ölkədə “Dəhşət” ləqəbi ilə tanınıb və indi onun məhv edilməsi xəbəri erməni cəmiyyəti üçün növbəti dəfə şok effekti yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB