Türkiyə Xarici İşlər naziri Bakıya gəlir

Türkiyə Xarici İşlər naziri Bakıya gəlir

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gələcək.

SİA-nın məlumatına görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Səfər çərçivəsində Türkiyə XİN başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.

Görüşlər zamanı Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə