Bakıda "Gül bayramı" mayın 13-də də davam edəcək. Bakı şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ictimaiyyətin marağını nəzərə alaraq, paytaxtda Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev Parkında təşkil edilən "Gül bayramı" bir gün də uzadılıb. Belə ki, bayram tədbiri mayın 13-də saat 10.00-dan 21.00-dək davam edəcək.
Şəhər icra hakimiyyəti paytaxt sakinlərini "Gül bayramı"nda iştirak etməyə dəvət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB