Hülusi Akar: “İşğalla bağlı 30 il susanlar Ermənistanın bu sifətini görməlidirlər” TƏLƏB!

Hülusi Akar: “İşğalla bağlı 30 il susanlar Ermənistanın bu sifətini görməlidirlər” TƏLƏB!

Türkiyənin Müdafiə naziri Hülusi Akar ölkənin Baş Qərargah rəisi Yaşar Gülərlə, eləcə də müxtəlif ordu birləşmələrinin komandanları ilə iclas keçirib. SİA xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin rəsmi saytı bu barədə məlumat yayıb. İclas zamanı Qarabağda hərbi əməliyyatların aparılması məsələsi də müzakirə olunub.

Qardaş ölkənin hərbi naziri bildirib ki, Ermənistan Azərbaycanın əhali yaşayan məntəqələrini atəşə tutur və hərbi cinayət törədənləri ittiham edərək, onların orduları ilə birlikdə işğal altındakı ərazilərdən çıxmasına çağırıb.

"Terrorçu təşkilatlarla əməkdaşlıq edən Ermənistan qəhrəman Azərbaycan Ordusundan aldığı məğlubiyyətdən sonra "qara piara" əl atıb. Qısa müddətdə aydın oldu ki, bu yalandır. İndi də dinc əhalinin yaşadığı rayonları hədəfə alaraq bu vasitə ilə hərbi cinayətlər törədirlər. Bunu hər kəs bilməlidir. Bununla yanaşı, işğalla bağlı 30 il susanlar Ermənistanın bu sifətini görməli və işğal altındakı torpaqların həqiqi sahiblərinə təhvil verməsi üçün güclərini artırmalıdırlar", Türkiyənin müdafiə naziri Hülusi Akar vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə