Ermənistanın Azərbaycana qarşı təxribatlarını və hücumlarını pisləyirik Prezidentin köməkçisi
Ermənistanın Azərbaycana qarşı təxribatlarını və hücumlarını pisləyirik. SİA-ya məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu təxribatlar birbaşa Ermənistan siyasi və hərbi rəhbərliyinin təxribatı ilə həyata keçirilir: "Bu Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinin göstəricisidir. Bu hadisəyə görə Ermənistanın və qondarma respublikanın rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Ermənilər tərəfindən hədəfə alınan obyektlər arasında hərbi obyektlər yoxdur."
H.Hacıyev bildirib ki, atılan raketlərin bir çoxu Azərbaycan Ordusu tərəfindən havada qarşısı alınır, məhv edir: "Ermənistan uğursuzluğunu ört basdır etməklə Azərbaycan Ordusunun uğurlarına kölgə salmaq istəyir. Amma bunu bacarmayacaqlar. Bu hücumlar Ermənistanın Sistani, Verdi, Vardenis kimi ərazilərindən həyata keçirilir. Bu Ermənistan siyasi rəhbərinin etik qaydalardan və sivil da rannşsan kənar olduğunu bəyan edir. Azərbaycan Ordusu bu təxribatların qarşısını alır, amma bəzi hallarda hücumlar yayınır və rabetlər mülki vətəndaşlarımıza zərər yetirir. Ermənistan hərbçiləri bu gün döyüş meydanında gülünc və çarəsiz vəziyyətdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB