“Ermənistanın Gəncəyə, Mingəçevirə raketlər atması Paşinyanın avantürist siyasətidir. Bu, onun siyasi fiaskosunu yaxınlaşdırır”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Paşinyan bununla bir neçə hədəfi planlaşdırır: “1-ci muharibənin miqyasını böyüdüb, Azərbaycanın cavab zərbələri ilə hücum edən tərəf kimi göstərmək. 2-ci bununla Azərbaycanın münaqişədən uzaqda mülki vətəndaşları vurmaqla, Azərbaycanı atəşkəsə məcbur etmək. 3-cü Rusiyanin müdaxiləsinə zəmin hazırlamaq.
4-cü isə, Paşinyan bununla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir. Çünki Ermenistan ordusu ağır məğlubiyyətə uğrayıb.
Təbii ki, Ermənistan Baş naziri Nikol Paşinyanin bu “planı” reallaşmayacaq və təslimçi sülhə ölkəsini sövq edəcək. Bununlada hakimiyyəti sona çatacaq. Ermənistanin mülki insanları hədəfə alması Azərbaycanı daha da intensiv zərbələrini genişləndirəcək. Bu da Paşinyana qarşı daxildə aqressiyanı artıracaq.
Bundan əlavə, Ermənistan Tovuz istiqamətində daima neft-qaz kəmərlərini vuracağını qeyd edirdi. Əgər, Azərbaycanın neft -qaz kəmərlərinə zərbə endirsə, artıq Azərbaycan BMT -51 -ci maddəsinə əsasən, öz təhlükəsizliyini təmin etmək və hücumun qarşısını almaq üçün Ermənistan ərazilərində hərbi hədəfləri vurmalıdır. Bu hücumu Türkiyə də edə bilər. Çünki neft-qaz kəmərlərinin təhlükəsizliyi Türkiyə üçün də prioritet kəsb edir. Onun mühafizəsini təşkil edir.
Ermənistanın arxalandığı KTMT və Rusiya Ermənistanı müdafiə etməyəcək. Çünki rəsmi Yerevan Rusiyanı bilərəkdən provakasiyaya çəkir. Rusiya hərbi və siyasi elitasının Paşinyan iqtidarına munasibəti son dərəcə mənfidir. O, Rusiya üçün arzuolunmaz şəxsdir. Paşinyan anti-Rusiya siyasətinə görə, Kreml Paşinyanın zənglərinə cavab vermir, nə də onunla danışmaq istəmir.
Məhz Paşinyanın Putinə zəngi və cavab verilməməsinin ictimaiyyətləşdirilməsi Azərbaycana jestdir. Moskva yaxşı bilir ki, Azərbaycan öz ərazisində hərbi əməliyyatlar aparır və Ermənistan ərazisinə müdaxilə planına malik deyil.
Artıq Azərbaycan Ermənistanın Gəncə və Mingəçevirə raket atışlarına təmkin göstərməyəcək. Azərbaycan Müdafiə Nazirliyi yaydığı videoda raketlərin atış ərazilərini yaymaqla bəlli hədəfini göstərdi. Yeni hücum Ermənistan üçün sarsıdıcı olacaq.
Nikol Paşinyan isterikadadı, xalqın onu devirəcəyindən, "Qarabağ" klanının hakimiyətə gəlib onu cəzandıracağından qorxur. Ermənistanda hərbi çevriliş qaçılmaz olacaq. Robert Köçəryan hakimiyətə gələrsə, muharibə iddihamı ilə Paşinyana ömürlük həbs verdirə bilər. Paşinyanda bu ssenarinin onun qapısının döydüyünun fərqindədir. Ona görə də Rusiya prezidentinə gün ərzində dəfələrlə zəng edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB