“Fransa işğalçı ölkəyə - Ermənistana açıq dəstək göstərir” SƏRT BƏYANAT

“Fransa işğalçı ölkəyə - Ermənistana açıq dəstək göstərir” SƏRT BƏYANAT

Türkiyə XİN-nin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycanın mülki məntəqələrinin atəş hədəfinə çevrilməsini hərbi cinayətkarlıq adlandırıb. SİA xəbər verir ki, bu barədə Anadolu agentliyi yazır.

“Ermənistan Azərbaycanın dinc şəhərlərini və kəəndlərini atəşə tutur. Bu hərbi cinayətkarlıqdır”, deyə türk diplomatiyasının rəhbəri Ankarada NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir xüsusilə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yeganə yolu Azərbaycan torpaqlarının işğaldan azad olunmasındadır.

Çavuşoğlu bildirib ki, Bakı regiondakı vəziyyətlə əlaqədar Ankaraya kömək üçün müraciət etməyib. “Lakin müvafiq müraciət olarsa, onda biz düşünmədən Azərbaycana əlimizi uzada bilərik”, nazir bildirib.

Dünya ictimaiyyətinin Cənubi Qafqazda baş verən müharibəyə münasibətini şərh edərkən, Çavuşoğlu diqqəti Parisin fəaliyyətinə doğru da yönəldib.

“Fransa işğalçı ölkə olan Ermənistana açıq dəstək göstərir”, Türkiyə xarici diplomatiyasının başçısı xatırladıb.

Mövlud Çavuşoğlu bütün dünya ictimaiyyətini, eləcə də NATO-nu erməni ordusunun Azərbaycanın ərazilərindən çıxmasını təkid və etməyə çağırıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə