Rusiya ilə Pakistan prezidentləri arasında görüş keçirilib. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, görüş çərçivəsində iki ölkə arasında müxtəlif məsələlər müzakirə edilib.
Kreml sarayında dövlət başçısı Dimitri Medvedyev ilə görüşən Pakistan prezidenti Asif Əli Zərdari görüş nəticəsinə iki ölkə arasında bəyənnamə imzalandığını bildirib. Bəyannamədə Rusiya ilə Pakistan arasında iqtisadi və siyasi əlaqələrin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, ölkə rəhbərləri terrorizmə qarşı birgə mübarizədə, Orta və Cənubi Asiyada narkotika alverinin qarşısının alınması ilə bağlı bir sıra məsələlərdə də razılığa gəliblər. Görüş çərçivəsində Türkmənistandan Əfqanıstana, Əfqanıstandan isə Pakistan və Hindistana uzanacaq neft boru kəməri mövzusu da müzakirə edilib.
Qeyd edək ki, Zərdari "Əl-Qaidə" lideri Üsamə bin Ladenin öldürülməsindən sonra ilk xarici səfərini Rusiyaya edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB