Erməni ordusunun hərbi-texniki resursları ilə yanaşı, canlı qüvvə resursları da tükənmək üzrədir. Bunu işğalçı ölkənin qondarma “dqr” nəzdində fəaliyyət göstərən mümxtəlif sosial şəbəkə seqmentlərindən də görmək aydındır. Belə seqmentlərdən biri də YouTube kanalında ictimailəşdirilir. SİA həmin görüntülərdən müəyyən edib ki, artıq kifayət qədər yaşlı insanlar ordu sıralarına cəlb olunur, onların hərbi, fiziki və s. hazırlıqları yox səviyyəsindədir.
Hətta şərh bölmələrində qeyd olunur ki, ön cəbhəyə gedən yaşlı insanlar ya içki, ya da narkotik aludəçiləridirlər. Onlar öz tələbatlarını ödəməkdən ötrü işğal altındakı ərazilərimizə gediblər.
Artıq o da məlum olub ki, işğalçı rejimin baş naziri Nikol Paşinyan hətta hərbi xidmət yaşı çatmayan, eləcə də yaşlı qocaların Ermənistanın sərhəd hüdudlarını keçməməmələri barədə göstəriş verib. Bütün bu kimi faktlar isə növbəti dəfə işğalçı rejimin güclü Azərbaycan dövləti və Ordusu qarşısında diz çökməsini təsdiq edən çoxsaylı reallıqlardır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB