“Qarabağ torpaqlarının itirilməsinin səbəbkarı Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır”. Bu yerində deyilmiş sözdür. Bu gün özünü "müxalifətçi" adlandıranlar eyni yalanı danışmaqdan, Azərbaycana qənim kəsilməkdən yorulmadılar. Umacaqları nədir, hakimiyyət?! Bu bədbəxtlər niyə reallığı anlamırlar, bu gün ölkə etibarlı əllərdədir, xalqının arxasında dayanan LİDERİ var.
Bu yerdə 1995-ci il martın 19-da Ulu Öndər Heydər Əliyevin müxalifətlə bağlı dediyi fikirləri xatırlatmaq istərdim. Ulu Öndər deyirdi: "...Özlərini guya müxalifət hesab edərək cinayətlə məşğul olanlar müxalifət deyillər. Müxalifət siyasi müxalifət olmalıdır, amma onlar cinayətkarlardır. Əgər bu gün soruşsaq ki - kimdir tökülən qanların günahkarları?- deyə bilərik ki, onlardır və onlardır”.
Bəli, bu gün Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının şanlı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırılması siyasi baxışlarından asılı olmayaraq hər bir Azərbaycanlını çox sevindirdi. Ermənilərin xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək qorxu içində geri çəkilməsi və işğal altında olan mövqelərin Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsi ordumuzun mühüm qələbəsidir.
Ordumuz tərəfindən əldə edilmiş bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən, maddi-texniki bazası daim gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin, rəşadətli əsgərlərimizin və Azərbaycan xalqının tarixi nailiyyətidir.
Lakin Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız, o cümlədən bu gün özlərini xalqın, millətin "yanında olduqlarını" göstərməyə çalışan Müsavat və AXCP-nin siyasi hoqqabazlığını, satqınlığını Azərbaycan xalqı artıq 27 ildir görür. Və Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün Şanlı Ordumuzun uğurlu əks-hücum əməliyyatlarına siyasi partiyaların birlik nümayiş etdirdiyi halda hansı haqla bu düzgün, haqq yolundan uzaq olurlar. Bu yerdə belə bir ifadə var: "Elə bu çirkab və satqın viruslar bu siyasi partiyalar içində olmasalar daha yaxşıdır".
Ancaq həyasızlığın son həddinə bax, bu antimilli ünsürlər sosial şəbəkələrdən Azərbaycan xalqı adından, Vətənimiz, torpağımız haqqında danışırlar. Vətən müharibəsinə etinasız qalan, Azərbaycan xalqının son 30 ildir səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk günündən qələbələrə 50 siyasi partiyaların birgə bəyanatına Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının imza atmamaqla bir daha xalq düşməni olduqlarını açıq-aydın nümayiş etdirdilər. Belə olan halda xalqın, Vətənin adından danışmağı sizək im haqq verib? Bu bəyanatda Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı pislənilir. Ən əsası isə bu bəyanat Azərbaycanda xalqla hökumətin, eyni zamanda Azərbaycanda yaşanan siyasi partiyaların birliyinin təcəssümüdür. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsini tələb edirlər. AXCP-Müsavat isə bu dəfə də kənarda qalmamaqla, bir daha cinayətkar, satqın olduqlarını sübuta yetirir. Çünki Qarabağ torpaqlarının düşmənə verilməsinin günahkarlarıdır.
Prezident İlham Əliyev: “Qarabağ torpaqlarının itirilməsinin səbəbkarı Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır”
Bunu tarixi faktlar da sübut edir. Və bu gün Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirə bilməyərək, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına su tökdülər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə aktlara əsaslanaraq bildirib ki, “Qarabağ torpaqlarının itirilməsinin səbəbkarı Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır. Məhz onların dövründə torpaqlarımız işğal altına düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik. Mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır. Bu gün biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavat Partiyasının yarıtmaz əməllərini, bu ləkəni Azərbaycanın üstündən silirik. Bu gün biz öz torpaqlarımızı bərpa edirik. 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Bu gün - 2020-ci ildə, artıq bir daha qeyd etmək istəyirəm ki, bir neçə yaşayış məntəqəmiz işğalçılardan azad edildi, bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır”.
“Vətən üçün pis olan, mənə faydalıdır”
Bəli, radikal müxalifətin “düşüncəsi” belədir. Çünki bu 27 il ərzində radikal müxalifət xalq tərəfindən dəstəklənməyib və bu gün də dəstəklənmir. Çünki bu günə kimi də onları narahat edən mövcud xalq-hakimiyyət birliyidir. Prezidentimiz də hər hansı beynəlxalq siyasi dairələrin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. Bu, xalq-hakimiyyət birliyini güclü edən həlledici amildir. Eyni zamanda, bu, monolitliyin xarici bədxahlarımızın və “sapı özümüzdən olan baltalar”ın hədəfinə çevrilməsini şərtləndirən mühüm səbəbdir. Qoy antimilli ünsürlər və onların xarici havadarları unutmasınlar ki, onların siyasi hoqqabazlıqları həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa məhkumdur. Azərbaycana qarşı olan, erməniləri dəstəkləyən və “siyasi mühacirət” adı ilə Avropanın zibilxanalarında eşələnən Vidadi İsgəndərli, Sevinc Osmanqızı, keçmiş səfir Arif Məmmədov, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacbəyli, Arif Hacılı…bu kimi satqınlar yenə də öz kimliklərin bu qədər xalqına, dövlətinə dəyərsiz yanaşmaq olmaları onların əsl elə simalarını göstərir.
İndiki məqamda Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrini bölünməz edir. Təəssüf ki, Müsavat Partiyası və AXCP bunlarda çox-çox uzaqdır. Və bu gün sosial şəbəkələrdə gecə-gündüz vətənpərvərlikdən, Vətən amilindən söz açmağa mənəvi haqqınız çatırmı? Həyasızlıq, bəli həyasızlıq, özü də 100 faiz həyasızlıq buna deyilir.
Şərəf var, ləyaqət var, qeyrət var. Vətən var, ölkə var, Azərbaycan var. Vəhşi, terrorçunu müdafiə edən satqının Vətən amilindən söz açmağa haqqı yoxdur. Və çəkilin siyasi səhnədən! Qorxun, el qınağı yaman olur...
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB