Azərbaycanın rayonlarına hücumlar Ermənistan rəhbərliyində təşvişin göstəricisidir Hikmət Hacıyev
Ermənilərin Azərbaycanın sıx məskunlaşmış mülki rayonlarına hücumu Ermənistan rəhbərliyinin zəifliyinin və təşviş içində olmasının göstəricisidir.
SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
O qeyd edib ki, erməni qoşunları Gəncə, Bərdə, Beyləqan və Azərbaycanın digər şəhərlərində sıx məskunlaşmış rayonları raket atəşinə tutur:
“Bu, barbarlıq və vandallıq, Ermənistanın hərbi-siyasi rəhbərliyində zəifliyin və təşvişin göstəricisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB