Araikin “and yeri” dağıdıldı

Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad olunması istiqamətində keçirdiyi anti-terror əməliyyatları zamanı separatçı rejimin Şuşada "andiçmə mərasimi" keçirdiyi bina darmadağın edilib. SİA xəbər verir ki, məhv edilən binanın fotoları sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Cənab Prezident İlham Əliyev dünən xalqa müraciətində Qarabağda separatçıların "inaqurasiya mərasimi" keçirdiyini xatırladarkən belə demişdi: "Özünə andiçmə mərasimi keçirmişdi. Baxım görüm andiçmə mərasimini harada keçirəcək?! Yas mərasimi keçirəcək! İndi qaçıb siçan kimi gizlənib, çıxsın ortalığa!".
Xatırladaq ki, bu ilin may ayında separatçı rejimin yeni rəhbəri Araik Arutunyanın qondarma "inaqurasiya mərasimi" işğal altındakı Şuşa şəhərində keçirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə