"Ermənilər Paşinyanın təkcə istefasını yox, intihar etməsini tələb edir" ÖZƏL-MÜNASİBƏT
"Bir həftədən çoxdur ki, Azərbaycan Ordusunun düşmənə qarşı əks-hücum hərəkatı davam edir. Əsgərimizin bir-birindən sarsıdıcı zərbələri,uğurlu həmlələri nəticəsində ermənilər xeyli canlı qüvvə, dəyəri milyardlarla ölçülən hərbi texnika,silah-sursat itirmişdir. Üçrəngli bayrağımız azad etdiyimiz kəndlərimizdə, qəsəbələrimizdə dalğalanır". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, sentyabrın 3-də uğurlu əməliyyatlar nəticəsində son dərəcədə strateji əhəmiyyət kəsb edən, işğalçı ordunun yaşayış məntəqələrimizi, mülki əhalini toplardan, iri çaplı silahlardan atəşə tutduğu Madagizi (yeni adı Suqovşağı) ələ keçirmişdir: "Dünya telekanallarında da göstərildiyi kimi, silahlı birləşmələrimiz döyüş zamanı çox sayda erməni hərbçilərini öldürmüş, əsir götürmüşdür.
"Sülh yalvarışları"nın boşa çıxdığını görən təcavüzkar ölkənin baş naziri çaşqınlıq içərisindədir. O, nəinki ölkəsini, heç özünü də idarə edə bilmir. Böyük qorxu içində yaşayan erməni əhalisi Paşinyanın təkcə istefasını yox, intihar etməsini tələb edir. Buna kişiliyi, iradəsi çatmayan düşmən lider əvəzində xalqını və marionet dövlətini intihara sürükləyən bəyanatlar, açıqlamalar,qərarlar verir.
Yerevanda artıq Azərbaycanin işğal olunmuş ərazilərində qondarılmış,qanunsuz"Dağlıq Qarabağ respublikası"nı tanımaq, yaxud onu Ermənistanın tərkibinə qatmaq barədə müzakirələr aparılır. Əgər əvvəllər bu məsələləri ayrı-ayrı siyasətçilər, ekspertlər dilə gətirirdisə,indi düşmən hökümətinin rəhbəri özü hər gün bu mövzu ətrafında addımbaşı danışır. Paşinyan dünən bu xüsusda yeni açıqlama verib.O bildirib ki, Ermənistanla "DQR"arasında strateji əməkdaşlıq sazişi imzanala bilər.
Beynəlxalq hüquqdan az-çox xəbəri olanlar bunun heç bir qanuna və məntiqə söykənmədiyini yaxşı bilirlər. Belə vəziyyət, əlbəttə ki, Ermənistan rəhbərliyinin çaşqınlığından, çıxılmaz ruhi və psixoloji durumundan xəbər verir.
Əvvəla, Dağlıq Qarabağ dünyanın bütün dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınır. Yerevan özü heç vaxt"DQR"i rəsmən tanımayıb. Hətta Paşinyanın uzun illər Ermənistanı idarə etmiş sələfləri-Qarababağ erməni klanının nümayəndələri bunu etməmişlər.
İkincisi, belə bir qərar qəbul edən dövlətin rəhbərləri artıq heç vaxt münaqişənin masa arxasında müzakirə edilməsinə ümid edə bilməzlər. Azərbaycan bunu kateqorik olaraq rədd edəcək. Onsuz da ölkəmiz sonuncu erməni əsgərinin torpaqlarımızdan çıxmayacağına qədər heç bir danışığı qəbul etmir.
Üçüncüsü, bu gün Azərbaycanı durdurmağa, dilə tutaraq danışıqlara sövq etməyə çalışan dünya güclərinin və beynəlxalq təşkilatların da deməyə sözləri qalmayacaq. Bu, gerçəkdən erməni dövlətinin sonu və dövlətçiliyinin intiharı ola bilər. Qələbə bizimlədir! Allah Ordumuzu qorusun!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB