Ermənistan hakimiyyəti növbəti təxribata əl atmaq niyyətindədir və işğalçıların əsas məqsəd məhv olmaq, uduzmaq ərəfəsində olan Ermənistana Rusiyanın kömək etməsinə nail olmaqdır.
SİA Ermənistana məxsus “politik.am” saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın tarix elmləri namizədi, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Qriqori Ayvazyan sözügedən sayta açıqlamasında İrəvanın növbəti təxribatla bağlı gizli planlarını açıqlayıb.
“Ermənistana Rusiyanın yardımı indi hava-su kimi lazımdır. İrəvan buna nail olmaq üçün Azərbaycan mütləq Ermənistan ərazisinə zərbə endirməlidir”, deyə Qriqori Ayvazyan işğalçı ölkənin çirkin təxribat niyyətlərini açıqlayıb.
Ermənistanın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi izah etməyə çalışıb ki, əgər Ermənistan dünyanın real ağrı hiss etməsini, bunun nəticəsində də münaqişəy qartışmasını istəyirsə, Bakı, Sumqayıt, eləcə də Azərbaycandakı neft-qaz obyektlərinə raket zərbələri endirməlidir.
“Müharibə dünya ictimayətinin maraqlarına toxunduqda, onlar fəal hərəkətlərlə cavab verəcəklər. Biz Gəncəyə zərbələr endirdik, indi Bakıya və Sumqayıta zərbələr endirmək lazımdır ki, Azərbaycan Ermənistanı vurmaq məcburiyyətində qalsın”, deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB