Sandra Kalniete: “Avropa Parlamentində Azərbaycanı dəstəkləyən həqiqət səslənəcək” DƏSTƏK

Sandra Kalniete: “Avropa Parlamentində Azərbaycanı dəstəkləyən həqiqət səslənəcək” DƏSTƏK

Latviya və Avropa siyasətçiləri Dağlıq Qarabağ ətrafında baş verənləri yaxından izləyirlər və anlayırlar ki, hələ bir müddət əvvəl "dondurulmuş" lokal münaqişə artıq bir həftədir kəskin, qaynaq fazaya keçid alıb.

Avropa parlamentinin Latviyadan olan deputatı, Avropa Xalq Partiyasının vitse-sədri, tanınmış siyasətçi Sandra Kalniete baş verənlərlə bağlı münasibətində Azərbaycanın torpaqlarını işğalçı Ermənistandan azad etməsinə nəzər salıb.

SİA-ya daxil olan məlumata görə, S.Kalniete bildirib ki, Ermənistanla Azərbaycan arasında baş verənlər təhlükəlidir: "Bu region öz boru kəmərləri ilə mühüm enerji daçıyıcılarına malikdir: "Demək lazımdır ki, Minsk qrupu yarandığı dövrdən və razılaşma prisnipləri əldə edilənə qədər heç vaxt irəliyə doğru hərəkət olmayıb. Eyni zamanda unutmaq olmaz ki, bundan əlavə Dağlıq Qarabağ vilayəti həm də Ermənistan tərəfindən işğala məruz qalmış Azərbaycanın ərazisidir. Bu ərazilərdə Minsk qrupu, Avropa İttifaqı və ABŞ tərəfindən təsdiq edilən inteqrasiya beynəlxalq hüquqa cavab verir".

Kalnietenin sözlərinə görə, təhlükəli budur ki, ABŞ öz seçkiləri ilə məşğuldur, Türkiyə isə özünün qan qardaşı – azərbaycanlıları müdafiə edəcəyini açıq şəkildə bəyan edib. Rusiya isə öz növbəsində hələ də münaqişənin sülh yolu ilə tənzimlənməsinə çağırışlar edir ki, bu da doğru mövqedir.

Deputatın fikrincə, bu müəyyən mənada Rusiyanın çağırışıdır, belə ki, Türkiyənin bu regiondakı təsiri artır. Eyni zamanda, Türkiyə burada özünü nəhəng oyunçu hesab edir. Kalniete deyir ki, hər iki tərəf səfərbərlik elan etdiyi halda münaqişəni yazın zamanlarda tənzimləmək mümkün olmayacaqsa, hərbi fəaliyyətlər davam edəcək.

S.Kalniete Avroparlament təmsilçiləri olaraq bu məsələnin plenar iclasda müzakirə olunması təşəbbüsü irəli sürdüklərini deyib.

"Ümid etmək istəyirik ki, Avropa parlamentinin divarları arasında Azərbaycanın hüququnu dəstəkləyən, öz tarixi ərazilərində suverenliyini təmin etməyə əsaslanan həqiqət səslənəcək", deputat bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə