“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına verdiyi müsahibədə Ermənistanın hərbi-siyasi hakimiyyətinin çirkin məqsədi, təcavüzkarlıq məqsədini bir daha açılıb göstərildi. “Biz sülh tərəfdarıyıq, ancaq torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacayıq” ifadələrini ən mötəbər tribunalardan dəfələrlə səsləndirən dövlətimizin başçısı bu dəfə də bütün dünyaya bəyan etdi ki, Azərbaycan haqq yolundadır, o öz torpaqlarının azadlığı, xalqın təhlükəsizliyi üçün vuruşur, hüquqlarının qorunması uğrunda mübarizə aparır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, bu fikirlər xalqın ürəyin səsidir və Azərbaycan əsgərinin hünərləri, vətəndaş həmrəyliyi, ölkə sakinlərinin hamılıqla öz prezidentinə arxalanması və dəstək verməsi, qələbəyə inam və cəbhədəki ruh yüksəkliyi göstərir ki, azğın düşmən tezliklə yerində oturdulacaq, torpaqlarımız azad nəfəs alacaqdır.
“Əlbəttə bu torpaqda erməni faşistlərinə, terrorçulara, xalqımızın qanını içənlərə yer ola bilməz. Azərbaycan dövləti, xalqımız, ölkə rəhbəri, Ali Baş Komandanımız beynəlxalq hüquq normalarına, sülhə, humanizmə, qəbul olunmuş qətnamə və qərarlara sadiq qalaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həllini 30 il gözlədi. Bu illər ərzində isə Ermənistan heç vaxt təcavüzdən, separatizmdən, işğalçılıq siyasətindən əl çəkmədi, bir daha yeni torpaqlar işğal etmək niyyətini həyata keçirməyə çalışdı. Atəşkas daimi pozuldu, dinc sakinlər öldürüldü, kəndlər dağıdıldı, hərbçilərimiz qətlə yetirildi. Həm də Ermənistan danışıqlar prosesini pozdu, BMT-nin Təhlükəsizliyi Şurasının qətnamələrinə, ATƏT-in Minsk qrupunun və bir çox beynəlxalq təşkilatların qərarlarına heç bir məhəl qoymadı. Bəşəriyyətə, ali dəyərlərə, beynəlxalq hüquq normalarına hörmətsizlik etdi.
Ermənistanın baş naziri Paşinyan son illər nəinki dünyaya hörmətsizlik etdi, o xalqımızın hissiyyatı ilə oynadı, yeni torpaqlar işğal etmək eşqinə düşdü. Belə olan halda Azərbaycan öz sözünü deməli idi və bu gün Prezidentimiz İlham Əliyev, xalq, şanlı ordumuz öz sözünü deyir. Döyüşlə, qələbə ilə deyir”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB