Dünyanın ən çox axtarılan terrorçularından biri olan Zayman Əl Zəvahiri haqqında yeni iddialar gündəmə gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Zavahiri 1995-ci ildə iki dəfə Bolqarıstana səyahət edib. Belə ki, kəlləsinə 25 milyon dollar mükafat qoyulan Əl Zavahiri Bolqarıstanın kiçik bir dağ qəsəbəsində 20 gün tətil edib.
1995-ci ilin kəşfiyyat xidmətinin müdiri Vladimir Manolov da xəbəri təstiqləyib: "Zavahiri 1995-ci ildə tətil məqsədilə Bolqarıstana gəlmişdi. O dağların ətəyində bir qəsəbədə 20 gün istirahət etmişdi. 20 gün ərzində hər gün normal insanlar kimi gününü keçirir və müntəzəm olaraq qəsəbənin məscidini ziyarət edirdi. Yəni Bolqarıstanda olan Zavahiri bu ölkə ilə bağlı heç bir terror aktı planlaşdırmırdı".
Dövrün daxili işlər nazirliyinin baş katibi Corci Lambov isə bildirib ki, o dövrdə Misir hökuməti Zavahirinin ələ keçirilməsini tələb etsə də, belə bir addım atılmayıb: "Gələn tələbi qiymətləndirdik. Ancaq intiqam məqsədli terror aktından çəkindiyimiz üçün bu tələbi rədd etdik. Əl Zavahirinin nəzarətə alınmasını istəyən ölkə onu Avstriyada həbs edə bilərdi. Biz Zavahirini həbs etsəydik Bolqarıstanı terror təşkilatının hədəfinə çevirə bilərdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB