Qarabağda uşaq evlərinin tərbiyəçiləri, qocalar evlərinin sakinləri və digər sakinlər hissə-hissə Ermənistana daşınır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə işğalçı ölkənin Əmək və Sosial İşlər naziri Zaruhi Batoyan öz Facebook səhifəsində yazıb.
O, öz sosial şəbəkə hesabında qeyd edib ki, qocalar evləri sakinlərinin və Qarabağ internat məktəblərinin məhbuslarının hissə-hissə Ermənistana aparılıb.
"Nazirlik və tərəfdaşları sakinlərə qayğı göstərmək və lazımi xidmətləri göstərmək üçün iş təşkil etdi", deyə Əmək və Sosial İşlər naziri öz paylaşımında bildirib.
Xatırladaq ki, Ermənistan tərəfinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu erməni işğalçıları tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ ərazilərində antiterror əməliyyatları aparır. Qeyd edək ki, sentyabrın 27-si tarixindən başlayan uğurlu əməliyyatlar nəticəsində düşmən tərəfi çoxlu sayda hərbi texnika, canlı qüvvə itgisinə məruz qalıb, eləcə də uzun zamandır işğalçıların işğal altında saxladıqları ərazilərin bir hissəsi geri götürülüb, hansıki, Ermənistan bütün bunları gizlətməyə və itgilərinin sayını az olaraq təqdim etməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB