"Ümid edirəm ki, öz işimi yaxşı yerinə yetirəcəm"

"Ümid edirəm ki, öz işimi yaxşı yerinə yetirəcəm"
64-cü Kann kinofestivalı başlayıb. "Qızıl palma budağı"nın ilk sahibi, kinorejissor Bernardo Bertoluççi kinofestivalı açıq elan edib. İlk gecə xalı üzərində ənənəvi keçidlə başlayıb. Bəzi ulduzlar tamaşaçılara qarşı biganə qalmayıblar və onlara avtoqraf veriblər. Festival sarayının pillələrini tanınmış aktrisalar Klaudiya Kardinale, Salma Hayek və Ayşvariya Ray, Melani Qriffit və Antonio Banderas qalxıblar. Festivalın ilk axşamında 64-cü Kann festivalının siması Fey Danauyey də iştirak edib. Onun 41 il əvvəl çəkilmiş fotosu tədbirin rəsmi afişasını bəzəyir.

İştirakçılar münsiflər heyətinin rəhbəri Robert De Nironu ayaq üstdə alqışlayıblar. Məşhur aktyor qonaqlar qarşısında fransızca danışıb. O, əvvəlcə festivalın nömrəsini qarışdırıb. "Məni 75-ci… 64-cü Kann festivalının münsiflər heyətinə başçılıq etmək üçün dəvət etdiyinizə görə sağ olun. Ümid edirəm ki, öz işimi yaxşı yerinə yetirəcəm", - aktyor bildirib.

Mərasimin sonunda festivalın prezidenti Jil Jakob fəxri "qızıl palma budağı"nı Bernardo Bertoluççiyə təqdim edib.

Kann festivalının ilk günündə Vudi Allenin "Parisdə gecəyarım" filmi nümayiş etdirilib. Film toydan əvvəl Parisə gedən cütlüyə həsr olunub.

Kinofestivalın qalibləri mayın 22-də elan ediləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə