Birləşmiş Millətlər Təşkilatının (BMT) Demokratiya Fondu tərəfindən maliyyələşən qadın parlamenti layihəsi Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən həyata keçirilir. SİA-nın Gün.az saytına istinadən verdiyi xəbərə görə, iki il müddətinə planlaşan bu layihənin işi "Bərabərlik Haqqa Bərabərdir: Qadınlara Bərabərlik" şüarı altında aparılır. RİQC-nin və eyni zamanda Qadın Parlamentinin seçilmiş sədri Şəhla İsmayılın sözlərinə görə, Qadın Parlamenti Azərbaycanda qadın hüquqları və gender bərabərliyi vəziyyətinin araşdırılması, təhlil, təkmilləşdirilməsi və inkişafı məqsədi ilə yaradılıb.
Qadın Parlamentinin Azərbaycan cəmiyyətində müxtəlif sahələr üzrə çalışan 25 qadından ibarət olduğunu deyən RİQC sədri qeyd edib ki, parlamentin say tərkibi 300-dən çox müraciətçi arasında seçimlər etməklə formalaşıb: "18 üzv Bakı, 2 üzv Sumqayıt, 7 üzv isə müxtəlif rayonları təmsil edirlər. Parlamentdə 5 tematik komissiya formalaşıb və mayın 16-da tematik sessiyalara start veriləcək. Sentyabr ayında isə plenar iclaslara başlanılacaq".
On plenar iclasın keçiriləcəyini deyən təşkilat sədri əlavə edib ki, layihənin gözlənilən nəticələrindən ayrı-ayrı sektor və qurumlara, o cümlədən Milli Məclis və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyələrin hazırlanması nəzərdə tutulur. Həmçinin BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğv Edilməsi üzrə Komitəsinə (CEDAW) hesabat da hazırlanması layihənin iş planına daxildir.
Qadın Parlamentinin nəzdindəki Hüquq və Siyasət Komissiyasına Novella Cəfəroğlu, İnsan Hüquqları Komissiyasına İlhamiyyə Rza, İqtisadiyyat və Aqrar Siyasət Komissiyasına Fatimət Ağamirzəyeva, Sosial Məsələlər üzrə Komissiyaya Mehriban Vəzir, Elm və Mədəniyyət Komissiyasına Azadə Novruzova, Beynəlxalq Münasibətlər Komissiyasına Mehriban Rəhimli sədrlik edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB