Ermənistan XİN-in "ATƏT-li danışıqlar" simulyasiyası: düşmən nə "təklif" edir? FAKT

Ermənistan XİN-in "ATƏT-li danışıqlar" simulyasiyası: düşmən nə "təklif" edir? FAKT

İrəvan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Qarabağda atəşin dayandırılması üçün danışıqlara başlamağa hazır olduğunu bəyan edib. SİA armenianreport-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN rəsmi məlumat yayıb.

Rəsmi İrəvan buna baxmayaraq, işğalçılıq fonundakı siyasi həyasızlıq ritorikasından əl çəkməyib və bəyan edib ki,"xaricdən olan aqressiyanın qarşısını almaq üçün" (?!) Minsk qrupu ilə "sülhün bərpası" çərçivəsində "işləməyə" hazırdır.

Lakin 3 onillikdə ATƏT-in Misnk qrupu Azərbaycanın ərazi bütövlüyünün dünya birliyi tərəfindən tanınmasına baxmayaraq heç bir iş görmədiyi halda, hazırkı vəziyyətdə hər hansı səmərəli iş görə biləcəyi, ümumiyyətlə, inandırıcı görünmür. Məhz bu baxımdan, işğalçı ermənilərin indi də bu istiqamətdə - Azərbaycanı "aqressiyada" ittiham etməklə "danışıqlara hazır olması" görüntüsünü yaratması simulyasiyadan başqa heç nə deyil.

Söz yox ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev sülh danışıqlarının yalnız bir halda baş tuta biləcəyini vurğulayıb - torpaqlarımızın işğaldan azad olunması, işğalçı silahlı qüvvələrin torpaqlarımızdan çıxması şərti ilə!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə