Ermənistan hərbi cinayətkar kimi Beynəlxalq məhkəməyə verilməlidir - ŞƏRH ÖZƏL
"İlk növbədə Azərbaycan ordusunun şanlı qələbəsi, igid əsgərlərimizin məğrurluğu xalqımızın özündə də ruh yüksəkliyi yaradıb. Bu gün bütün dünya ictimaiyyəti artıq Dağlıq Qarabağ problemindən xəbərdardır. Mövqeyindən, yanaşma tərzindən asılı olmayaraq dünya ictimaiyyəti bu gün Qarabağdan danışır. Bunun əsas müsbət tərəfi də ondan ibarətdir ki, artıq Qarabağın Azərbaycana aid olmasını yer üzərində daha çox insan və daha çox beynəlxalq təşkilat dərk edir. Onlar birmənalı şəkildə görürlər ki, 30 illik status-kvonu saxlamaq mümkün deyil. Təbii ki, ermənilər məhz status-kvonu saxlamaq məqsədi ilə bir çox qeyri-adekvat yollara əl atırlar". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov deyib.
Deputatın sözlərinə görə, ermənilərin isə ən böyük havadarları məhz ATƏT-in Minsk Qrupunda həmsədrlərdən biri olan Fransa dövlətidir: "Fransa dövlətinin siyasi rəhbərliyi orada uzunmüddətli məskunlaşmış erməni lobbisinin təsirləri altındadır. Fransa prezidenti erməni lobbisinin təsiri altında tanımadığı, heç bir məlumatı olmadığı bir ərazi haqqında bəyanat verməsi gülüncdür. Makronun bu cür bəyanatlar verərək özünü bu cür alçaltması məhz Fransa xalqının özünə təhqirdir".
İ.Məmmədov vurğulayıb ki, Cənab Ali Baş Komandanın dünyaya bəyan etdiyi bir fikir var ki, torpaqlarımız azad olunana, orada bir nəfər də olsa terrorçu ünsür qalmayanadək biz dayanmayacağıq: "Bizim buna beynəlxalq hüquqda sonuna qədər haqqımız var. Biz mülkü əhalini atəşə tutmuruq. Yəni, Azərbaycan Cenevrə Konvesiyasının bütün müddəalarına əməl edir. Cənab Prezident öz müsahibəsində də bu məsələyə toxunaraq bildirib ki, mən Ali Baş Komandan olaraq orduya tapşırıq vermişəm ki, biz tərəfdən mülkü əhaliyə əsla atəş açılmasın. Bu bizim hərbi taktikamızdır və müharibə qanunlarına riayət etməyizin bir sübutudur. Ancaq ermənilər istər birinci Qarabağ müharibəsində, istər Aprel döyüşləri, istər Tovzuda törətdikləri təxribat zamanı, istərsə də indi yeganə məqsədləri yalnız mülkü əhalini hədəf almaqdır. Bu faşizmdir! Bu müharibə cinayətidir! Hesab edirəm ki, beynəlxalq konvensiyaların qoyduğu şərtlər fonunda Ermənistanı hərbi cinayətkar kimi Beynəlxalq məhkəməyə verməyin vaxtı çatıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB