Ermənistan xarici jurnalistləri döyüş bölgəsinə apararaq hədəfə çevirməyə çalışır Hikmət Hacıyev
Ermənistan xarici jurnalistləri döyüş bölgəsinə müxtəlif adlarla çağıraraq onları hədəfə çevirməyə çalışır.
SİA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O xarici jurnalistləri həmin ərazilərə daxil olmamağa çağırıb:
"Əgər onlar atəş məntəqələrinə yaxın ərazilərə gətirilirsə, onların təhlükəsizliyinə cavabdeh deyilik. Ermənilər həmin jurnalistləri atəş nöqtəsinə yaxın ərazilərə gətirir və təxribatlarını davam etdirir. Bu məsələdə birbaşa məsuliyyət Ermənistan üzərinə düşür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB