Ermənistanın Azərbaycana qarşı 27 sentyabr təxribatından sonra demək olar ki, bütün dünyanın diqqəti Cənubi Qafqazda başlanan hərbi əməliyyatlara yönəlib. Əslində, 26 gün ərzində döyülə-döyülə hakimiyyəti ələ keçirən Nikol Paşinyanın, onun rəhbərlik etdiyi Ermənistanın hiyləgər planı da məhz bundan ibarət idi və bütün dünyanın diqqətini cəlb etmək istəyirdi ki, guya ermənilər Qafqazda əzilir, onları da əzən guya azərbaycanlılardır. İrəvanın ilkin planı belə idi ki, regionda müharibə yaradıb, ən güclü erməni silahı olan diaspor vasitəsi ilə faktların saxtalaşdırılmasını işə salsın və Ermənistanı “hücuma məruz qalan yazıq, müdafiəsiz xristian ölkəsi” kimi dünya ictimayətinə təqdim etsin.
Paşinyanın hiyləgər planı bu dəfə uğursuzluqla nəticələndi. Çünki, Ermənistanın qarşısında ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil və dünya çapında nüfuzlular siyahısında olan dövlətdir. Beynəlxalq təşkilatlar, güclü, söz sahibi olan dövlətlər Azərbaycanın mövqeləri ilə hesablaşmaq məcburiyyətindədir. Artıq Azərbaycan informasiya müstəvisində də, diqspor fəaliyyətində də öz uğurlu addımlarını atıb, bu addımlar müvəffəqiyyətlə davam etdirilir. Üstəlik, ölkəmizin iqtisadi qüdrəti, reallaşdırdığı beynəlxalq layihələr, tranzit ölkə kimi nüfuzu məsələ ciddi şəkildə təsir gücü deməkdir. Əbəs yerə deyil ki, Ermənistanı hər zaman dəstəkləyən Rusiya kimi dövlət belə hazırki proseslərə qoşulmağa ehtiyat edir. Amma xatırladaq ki, ermənilər gözlərini tamam başqa məqamlara dikmişdilər və Rusiyanın bu məsələyə qoşularaq onları müdafiə edəcəyini düşünürdülər. Hesab edirdilər ki, bu dəfə də ruslar işə qoşulacaq və onların hiyləgər planlarının bir oyunçusu kimi erməniləri, Ermənistanı dəstəkləyəcəklər. Hətta Türkiyə kimi Azərbaycanı dəstəkləyən qardaş ölkəni də Rusiya ilə üz-üzə qoyacaqlarına ümid edirdilər. İndi beynəlxalq təşkilatlar belə etiraf etməlidirlər ki, ermənilər yüz illər bundan əvvəl olduğu kimi, yenə də böyük müharibələri başladan katalizatordular. Amma bu katalizatorların bu dəfəki planı fiaskoya uğradı, baş tutmadı ki, bu da nəticə etibarı ilə Ermənistanın özü üçün məhv olma təhlükəsi vəd edir.
"Türklərə qarşı istənilən müharibəni ermənilər əsas vəzifə hesab edir”
Erməni bütün mümkün və qeyri-mümkün üsullarla Moskvanı Ankara ilə üz-üzə qoymaq istədi və bu istəyini hələ də reallaşdırmaq fikrindədir. Ümumiyyətlə, türk millətinə qarşı fobiya erməni toplumunda lap əvvəldən mövcuddur. Türklərə qarşı istənilən müharibəni, mübarizəni ermənilər özləri üçün əsas vəzifə hesab edirlər. Qahirədə erməni dilində 1946-cı ildə nəşr edilmiş “Ermənistan və Türkiyə məhkəməsi” kitabında da bu erməni missiyası öz əksini tapır. Ermənilərin bütün dövlərə xas olan ideoloji mübarizəsinin əsası məhz türk mənsubiyyətinə qarşı ədavət, düşmənçilik üzərində qurulub ki, bunu da dünya ictimaiyyəti artıq çoxdan dərk edib.
Məsələ burasındadır ki, Türkiyənin, eləcə də Azərbaycanın gücü, güclü dövlət olması, bir-birinin yanında olması, “Bir millət iki dövlət” olması Qərbin maraqları xaricindədir. Bir çox hegemon ölkələr bu məqama, bu birliyə qısqanclıqla yanaşır və bu da başadüşüləndir. Elə buna görə də təbii ki, Qərb də erməni ideologiyasının reallaşmasında hər zaman maraqlı olub. Məhz bu səbəbdən də Ermənistan okeanın o tayından belə zaman-zaman dəstəklənib və ola bilsin indi də çirkin planlı Nikol bu məqama güvənirmiş.
Ermənistanın hiyləgər siyasətinin bir hissəsi olan təxribatların biri bu ilin iyulunda baş tutmadı və bütün dünya onların iç üzünü gördü. Paşinyan özü-özünü ifşa etdi. Bu sərsəm erməni baş nazir bir uaz markalı avtomobillə Ermənistan silahlı qüvvələrinin müdafiə xəttinin yarılması iddiası ilə özünü həm də rüsvay etdi. Ona görə ki, Nikol Paşinyanın belə bir sərsəm iddiasına bütün dünya güldü və onun savadsız, ağılsız, təcrübəsizliyi ilə yanaşı qeyri ciddi bir dövlət başçısı olduğuna əmin oldu. Əbəs yerə deyildi ki, hamı iyul hadisələrində Bakını dəstəklədi.
“Erməni təşvirat maşını” sıradan çıxarıldı
Ermənilərin, özəlliklə Nikolun hiyləgər, iyrənc planı ilk mərhələdə puça çıxdısa da bu küçə nümayişçisi öz çirkin niyyətindən əl çəkmədi ki, bunu da dünya ictimaiyyəti müşahidə elədi. Sentyabrın 27-də İrəvanın yeni planı ortaya atıldı. Ermənistan silahlı qüvvələri Azərbaycan kəndlərinə hücum etdilər. Özü də Ermənistan silahlıları birbaşa dinc əhalinin yaşadığı, məskunlaşdığı əraziləri hədəfə aldılar. Yaşayış məntəqələri dağıdıldı, mülki əhali arasında ölən və və yaralananlar oldu, şəxsi təsərrüfatları ziyan vuruldu ermənilər tərəfindən. Bütün bular provokasiya xarakteri daşıyırdı və buna cavab veriləcəyini başda Nikolun özü olmaqla, yaxşı başa düşürdü erməni hiyləgərləri.
Xatırladaq ki, Ermənistanın əsas məqsədi də elə Qafqazda müharibə yaratmaq idi. Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatına cavab olaraq adi, sıravi atışma ilə cavab verməsi ermənilərə çox lazım idi. Ona görə lazım idi ki, ermənilər Azərbaycanın bu cavab reaksiyasına don geyindirmək kimi çirkin niyyətlər güdürdülər. “Erməni təşvirat maşını” işə düşməli idi və güman edilirdi ki, Azərbaycan təcavüzkar kimi qələmə veriləcək. İyul hadisələrinin ardınca eyni ssenari, eyni plan sentyabrda da işə salınmalı idi.
Amma bu dəfə ermənilər daha fərqli bir hadisə ilə qarşılaşmalı oldular. Bundan əvvəl hər dəfə onlara cavab atəşi ilə reaksiya verən Azərbaycan tərəfini “atəşkəs rejimini pozumaqda" ittiham etmək istəkləri başlarına yağdırılan güllələrlə, mərmilərlə əvəzləndi. Ermənistan tərəfi Azərbaycan Ordusu tərəfindən güclü zərbə aldı. İtgiləri, uğursuzluqları nə qədər özləri tərəfindən gizlədilsə də, təkzib edilsə də faktlar, qoyub qaçdıqları texnikalar, atıb getdikləri bayraqları, döyüş meydanında sahibsiz qalan əsgərlərinin cəsədləri tamam başqa məqamlardan, reallıqlardan xəbər verir. Xəbər verir ki, ermənilər çox böyük məğlubiyyət yaşayırlar və bunu onlara yaşadan Azərbaycan Ordusu, onun ali baş komandanıdır.
“Hiyləgər tülkü şikara çıxdı, özü ovçuya şikar oldu”
Cəmi bircə sutka ərzində Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş bir sıra ərazilərin azad edilməsinə nail oldu və çoxlu sayda canlı qüvvənin, düşmən texnikasının məhv edilməsi erməniləri sözün əsl mənasında sarsıtdı. Beləliklə, ilk cəhdləri uğursuz olan ermənilər elə ilk planlarına da uğursuzluqla başladılar. Çünki, ara-sıra cavab atəşlərinə görə Azərbaycan tərəfini qınaq zərbəsi endirəcəklərini zənn edən ermənilər özləri qəfil zərbəyə tuş gəldilər. Bir zərb məsəldə deyildiyi kimi, “hiyləgər tülkü şikara çıxdı, özü ovçuya şikar oldu”.
Beləliklə də, "hay"lar öz hayına qalaraq canlarını götürüb qaçdılar. Xatırladaq ki, Rusiya mətbuatı, daha dəqiq desək, "İvestiya" nəşrinin döyüş bölgəsinə ezam olunmuş müxbirinin sözlərinə görə, ermənilər həmin ərazilərdən İrəvana, həm də kortəbii, düşünülməmiş şəkildə qaçırlar. Müxbir qeyd edir ki, bəzilərinin İrəvanda qohumları, tanışları olmasa da belə eləcə oraya üz tuturlar və buna mane olan da yoxdur.
Nikolun hiyləgər planının icraçıları artilleriya zərbələrinin ardınca daha bir zərbə ilə də qarşılaşdı ki, bu da Rusiyanın ermənilərə birbaşa dəstək verməkdən imtina etməsi idi. Cəmi bir necə gün ərzində iki dəfə Putinə Nikol Paşinyanın zəng vurması da təsadüfi deyil. Sual oluna bilər il ərzində bir dəfə belə Rusiyanı, bu ölkənin prezidentini yada salmayan, hesaba belə almayan erməni baş nazirə qəfil nə oldu ki, cəmi bir neçə gün ərzində Putini belə xatırlamalı, ondan ötrü darıxmalı oldu? Məsələ burasındadır ki, nə qədər zarısa da Rusiya prezidenti Nikola reaksiya belə vermədi.
Fikir versək görərik ki, Putin bu günlərdə müxtəlif mövzularda dəfələrlə mətbuat qarşısında çıxış etsə də, bu münaqişə haqqında bircə söz də demədi. Sadəcə, münaqişənin sülh yolu ilə həll edilməsinin daha yaxşı olma.sı barədə fikirlərini bildirdi ki, bu da bir həmsədr ölkə kimi onsuz da onun vəzifə borcu, işi idi. Erməni baş nazir hamının Azərbaycanı dəstəkləyəcəyini yaxşıca anladı. Beləliklə, həm də anladı ki, bu dəfə artıq proses İrəvanın nəzarətindən çıxıb.
Qədim və dəyişilməz erməni ənənəsi - saxtakarlıq
Artıq bütün səylərinin nəticəsiz qaldığına, uğursuz olduğuna əmin olan Nikol keçdi qədim və dəyişilməz erməni ənənəsinə, yəni saxtakarlığa. Onların belə bir “bacarığı” hç şübhəsiz ki, bütün dünyaya yaxşıca bəllidir. Bunun sayəsində ermənilər “tarix”, “mədəni abidə”, “irs”, hətta mövculuğu üçün “torpaq”, “ərazi” də qazanıb.
Ermənilər üçün bu saxtakarlıq dediyimiz bir silah da hesab olunur. Məhz ermənilərin bu silahından əsrlər boyu tarix, eləcə də müxtəlif millətlər və ölkələr əməlli-başlı əziyyət çəkib. Son dəfə saxtakarlığının adi, cılız bir nümunəsində görünür ki, Suriyadan yaraqlıların Azərbaycana gətirilməsi kimi iftiralarına yol açmaları üçün şəkil üzərində müxtəlif dəyişikliklərə belə əl atıblar erməniləri. Təqdim etdikəri fotonun düzəldilmə olduğunu ekspertlər bir daha ifşa etdilər və bu saxtakarlıqları baş tutmadı.
Digər bir fakt olaraq, guya Türkiyənin F-16-sı erməni təyyarəsinı partlatması barədə məlumatlarla saxtakarlıq etməyə cəhd etdilər. Amma bu dəfə də alınmadı, çünki beynəlxalq ekspertlər və mütəxəssislər bir neçə saatdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin təyarəsinin erməni qırıcısını vurmamasını faktlarla sübut edə bildilər.
Təsəvvür edəndə ki, özlərinə bel məxsus, öz mənsubiyyətlərində olan bir körpənin hisləri ilə oynayacaq qədər alçaqlıq bu erməni toplumuna aiddir, bu zaman hər məqam bəlli olur. Məsələn, İrəvandan səslənən növbəti feyk də ifşa edilib. Özü də maraqlısı budur ki, bunu məşhur erməni tədqiqatçısı Filipp Ekozyans edib. Rusiya KİV-də guya Azərbaycan Silahlı Qüvvələrinin Xankəndini bombaladığı və bu zaman kiçik erməni qızın pəncərənin qarşısında durub dua etdiyi videosu peyda olub. Ekozyans bununla bağlı yazır ki, “Xankəndinin “bombalandığınının” təsdiqini axtardığım zaman iki video tapdım və birinci videoda pəncərə qarşısında oturan fağır qızın dua edərək sinəsində xaç çəkməsi, nəyinsə birdən-birə partlaması lentə alınıb ki, bu videonu yaradanların ideyası ermənilərin müdafiəsiz və günahsız oldugunu dünyaya göstərməkdir.
Təbii ki, aciz bir xristian ölkəsinin köməyə ehtiyacı olduğunu bildirmək idi bu videoçarxda məqsəd. Fəqət, videonun qurma olduğu birinci növbədə, qızın xaç çəkə bilməməsi ilə, heç zaman xaç çəkmədiyi görüntüsü ilə dərhal öz təsdiqini tapır. Digər tərəfdən, elə bil bu anda partlayışın olacağını və qızcığazın xaç çəkəcəyini kimlərsə əvvəlcədən gözləyirdi və əllərində də kameralar çəkiliş qrupu hazır vəziyyətdə dayanmışdı. Bunlar axı heç də həqiqətə uyğun deyil.
Bütün bu yalanların fonunda başda erməni baş nazir Nikol Paşinyan olmaqla, bütün ermənilər başa düşməlidirlər ki, bu qədər əl-ayağa düşməyə əslində ehtiyac yoxdur, çəkilib torpaqlarımızdan getsinlər, yetər. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, ermənilər, erməni əsgərləri əgər itgilər vermək, tələf olmaq istəmirlərsə, Azərbaycan torpaqlarını tərk etsinlər. Bütün bu hiyləgərliklərin əvəzinə, cürbəcür oyunlar düşünmələrinin əvəzinə Nikol Paşinyan, onun hakimiyyət komandası, Ermənistanın hərbi-siyasi hakimiyyəti doğru yolu, işğal etdikləri torpaqlardan çəkilib getməyin yollarını düşünsələr kifayət edər. Beynəlxalq qanunlara, BMT qətnamələrinə, insan hüquqları institutlarının qərarlarına hörmətlə yanaşsınlar yetər. Yetər ki, işğal etdikləri Azərbaycan torpaqlarından çəkilib getsinlər, tərk etsinlər və bununla da məhv olmalarının qarşını alsınlar. Çünki, işğal olunmuş ərazilərimizin terrorçulardan, işğalçılardan təmizlənməsi, azad edilməsi üçün hərbi əməliyyatların dayandırılmasının yeganə və məntiqi yolu məhz işğalçı Ermənistan silahlılarının ərazilərimizi tərk edib getməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB