Müəmmar Qəddafi peyda oldu

Liviya lideri Müəmmar Qəddafi mayın 12-ə keçən gecə NATO zərbələri nəticəsində oğlunun və nəvələrinin həlak olmasından sonra ilk dəfə dövlət televiziyasına çıxıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, kadrlarda Liviya lideri qara paltarda və gün eynəyində Tripolinin mehmanxanalarından birində ölkənin tayfa şeyxlərini qəbul edir.

 

Qəddafi ilə görüşdə Liviyanın tayfa rəhbərləri Cəmahiriyyə liderinə sadiq olacaqlarına and içiblər. Bu görüş bir çox tayfaların və Qəddafi tərəfdarlarının Liviya liderindən üz döndərməsi haqqında məlumatların yayılmasından sonra göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə