Litva Qorbaçovun dindirilməsini istəyir

Litva Qorbaçovun dindirilməsini istəyir

Litvanın baş prokuroru 1991-ci il yanvarın 13-də Vilnüs teleqülləsində baş verən hadisələrlə bağlı Rusiyaya müraciət edib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Litvanın baş prokuroru keçmiş Sovetlər Birliyinin prezidenti Mixail Qarbaçovun dindirilməsinə yardım etməyi xahiş edib.

 

Qeyd edək ki, 1991-ci il faciəsinə səbəb Litva parlamentinin ölkənin mütəqilliyini elan etməsi olub. SSRİ-in mərkəzi hakimiyyəti bu qərarı konstitusiyaya zidd hesab edib. Vilnüsdə icazəsiz etiraz aksiyaları başlayanda, xüsusi bölmələrin döyüşçüləri bir sıra strateji obyektləri nəzarətə alıb. Yanvarın 13-də ordu Vilnüs qülləsini və Radio və Televiziya Komitəsini ələ keçirib. Televiziya qülləsinə hücum zamanı 14 nəfər həlak olub, 700 nəfərə yaxın insan yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə