"Azərbaycan Ordusu beşinci gündür ki, əks-hücuma keçərək, torpaqlarımızı işğal altında saxlayan ermənilərin mövqelərinə sarsıdıcı zərbələr vurur, kəndlərimizi, qəsəbələrimizi azad edir. Düşmən tapdağından qurtardığımız torpaqlarımızda üçrəngli bayraqlarımız dalğalanır". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, Rusiya tərəfindən təpədən dırnağa qədər silahlandırılmış işğalçı ordu Azərbaycan Əsgərinin qarşısında duruş gətirə bilmir: "Artıq minlərlə erməni hərbçisi öldürülüb. Əlbəttə, Ordumuzun uğurları itkisiz başa gəlmir. Hər gün şəhid veririk. Yaralılarımız var. Biz haqq işi, müqəddəs amal - ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq. Ermənistan cinayətkar, terrorçu dövlətdir, şər qüvvədir. Havadarlarının dəstəyi ilə ölkəmizə qarşı zaman-zaman qanlı cinayətlər törətmişdir.
Sentyabrın 30-da Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hərbi hospitalda yaralı döyüşçülərimizi ziyarət edərkən Qarabağdan hər gün yüzlərlə tabut alan erməni xalqına haqlı sual ünvanladı: "Erməni əsgəri Azərbaycan torpaqlarında nə edir? Biz öz torpaqlarımızda vuruşuruq... Biz öz torpaqlarımızı azad edirik". Dövlət başçısının erməni xalqına ünvanladığı müraciət indi də dünya mətbuatının diqqət mərkəzindədir: "Mən erməni xalqına müraciət edirəm və söyləmək istəyirəm ki, onlar rəhbərlərinin çirkli əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər". Bəli, hər kəs bilməlidir ki, torpaqlarımıza göz dikənlərin gözünü çıxaracağıq, murdar niyyətlə ölkəmizə ayaq basanları həyata peşiman edəcəyik. Görünən odur ki, ermənilər hələ aldıqları zərbələrdən nəticə çıxarmayıblar. Silahı yerə qoyub, kapitulyasiya etmək əvəzinə, onlar ağlayıb-sızlayaraq beynəlxalq təşkilatlardan,dünya dövlətlərindən imdad diləyir, Azərbaycan Ordusunu durdurmağı xahiş edirlər. Artıq gecdir. Bizi heç kim haqq yolundan sapdıra bilməz. Torpaqlarımızın hər bir qarışını geri qaytaracağıq. 30 ildir qaçqın, köçkün həyatı yaşayan yurddaşlarımız öz evlərinə qayıdacaq, torpaqlarını əkib becərəcəklər.
Bu gün Prezident İlham Əliyevə zənglər edən, bəyanatlar verən dünya liderləri ermənilər xalqımıza qarşı soyqırımlar törədəndə, zəbt etdikləri bölgələrimizdə etnik təmizləmə aparanda harada idilər? Niyə susurdular? Onların bizim qarşımıza keçməyə haqqları yoxdur. Beynəlxalq hüquq da, tarixi ədalət də bizim tərəfimizdədir. Biz bu ədaləti bərpa edəcəyik! Biz yaşadığımız coğrafiyaya sülh, əmin-amanlıq gətirəcəyik!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB