Azərbaycan Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak edir
Azərbaycan Moskvada keçirilən "MİTF 2011" (Moscow International Travel Fair) beynəlxalq turizm sərgisində iştirak edir. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, 11-ci dəfə keçirilən sərgidə Azərbaycanı Bakı Turizm İnformasiya Mərkəzinin nümayəndələri təmsil edirlər.

Bu gündən işə başlayan sərgi mayın 14-də yekunlaşacaq. Sərgidə Azərbaycan milli üslubda hazırlanmış və turizm potensialını təbliğ edən stend təqdim edir. Sərgidə dünyanın 30 ölkəsindən və Rusiyanın 30 regionundan 500 şirkət iştirak edir. Moskva şəhər Turizm Komitəsinin təşkilatçılığı ilə keçirilən sərgidə müxtəlif növ turizm xidmətləri təklif olunur, bütün növ turist xidmətləri üzrə məsləhətlər verilir, ziyarətçilərə parlaq şou göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə